Milli Məclisin deputatı Moldovada prezident seçkilərini müşahidə edəcək
Milli Məclisin deputatı Sabir Hacıyev oktyabrın 26-dan 31-dək Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq. O, MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.
1news.az-a Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan parlamentinin nümayəndəsi əvvəlcə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.
1news.az
577