Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.
AZƏRTAC
400