ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

09:27 - 26 / 10 / 2016
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

ATƏT-in Mİnsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransanı təmsil edən İqor Popov, Ceyms Uorlik və Pyer Andre hazırki sədrinin şəxsi nümayəndəsi Anje Kasperşiklə birgə 23-25 oktyabr tarixlərində bölgəyə səfər ediblər.

1news.az-ın qurumun saytına istinadən verdiyi məlumatına istinadən, bu haqda ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.

Bəyanata əsasən, səfər çərçivəsində həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri və xarici işlər nazirləri, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri və işğal olunmuş Dağlıq Qarabağda separatçı rejimin “nümayəndələri” ilə görüşüblər.

“Həmsədrlərin səfəri bu ilin aprel ayında yaşanan döyüşlərdən sonrakı vəziyyəti müzakirə etmək və danışıq prosesi çərçivəsində mövqeləri aydınlaşdırmaq.

Görüşlərdə tərəflər vəziyyətin nisbətən sakit olduğunu təsdiq ediblər.

Həmsədrlər atəşkəsin davam etdirilməsinin danışıqlar üçün zəruri olduğunu, həmçinin Vyanada və Sankt-Peterburqda əldə olunan qərarların tam yerinə yetirilməsinin vacib olduğunu vurğulayıblar.

Onlar həmçinin davamlı sülhə yönələn substantiv danışıqlarla bağlı cari təklifləri müzakirə ediblər. Hər iki ölkənin prezidenti münaqişənin həlli prosesinin necə irəlilədilməsinə dair öz fikirlərini bildiriblər. Onlar həmçinin ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini istədiklərini bir daha vurğulayıblar və hal-hazırda bunun əməliyyat məsələləri müzakirə olunur”, - bəyanatda deyilir.

Bəyanata əsasən, bölgəyə səfər çərçivəsində həmsədrlər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə də görüşüblər.
Görüşdə həmsədrlərin dəstəklədiyi itkin düşmüş şəxslərlə bağlı məlumatların mübadiləsi müzakirə olunub.

1news.az

Paylaş:
1174

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər