Ermənilər bu gecə də dinc durmayıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər bu gecə də dinc durmayıb

09:30 - 26 / 10 / 2016
Ermənilər bu gecə də dinc durmayıb

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Berdavan və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər