Məmmədyarov və Nalbandyan prezidentlərin görüşlərini müzakirə edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov və Nalbandyan prezidentlərin görüşlərini müzakirə edəcəklər

11:18 - 26 / 10 / 2016
Məmmədyarov və Nalbandyan prezidentlərin görüşlərini müzakirə edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa), cari ilin dekabrında Hamburqda keçiriləcək ATƏT-in Nazilər Şurasının görüşündə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə yaxın zamanda iki ölkənin prezidentlərinin mümkün görüşünü müzakirə etməyi planlaşdırırlar. 

1news.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, həmsədrlər ən yüksək səviyyədə gerşəkləşəcək belə bir dialoqun münaqişənin həlli üçün zəruri olduğunu bildiriblər.

Mövzu ilə əlaqədar oxuyun:

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

1news.az

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər