MN: Təxribat törətmək istəyən düşmən itki verərək geri çəkilib | 1news.az | Xəbərlər
Siyasət

MN: Təxribat törətmək istəyən düşmən itki verərək geri çəkilib

09:39 - 27 / 10 / 2016
MN: Təxribat törətmək istəyən düşmən itki verərək geri çəkilib

Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

1news.az

 

Paylaş:
901

Son xəbərlər

Bütün xəbərlər