Lukaşenko: Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm | 1news.az | Xəbərlər
Siyasət

Lukaşenko: Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm

14:40 - 28 / 10 / 2016
Lukaşenko: Referendum imtahanından yaxşı keçdiyinə görə Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm

Minsk danışıqların dinc məkanı barədə öhdəliyini yerinə yetirir.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 28-də Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bəyan edib. Belarus dövlətinin başçısı əvvəlcə vurğulayıb ki, Belarus-Azərbaycan məkanında müzakirə ediləcək məsələlər çoxdur. O deyib:

“Amma ilk növbədə referendum imtahanından yaxşı keçdiyinə görə sizi – Azərbaycan hakimiyyətini təbrik etmək istəyirəm. Onun nəticələri mürəkkəb bir dövrdə Azərbaycan xalqının hakimiyyətə münasibətinin ən yaxşı təsdiqidir. Bu, çox böyük qələbədir və mən onun dünyada necə qiymətləndirildiyini bilirəm. Hər cür söz-söhbət, hər cür dedi-qodu dərhal öz mənasını itirdi və ölkənizin imici xeyli yüksəldi”. Belarus Prezidenti deyib: “Dostumla razılaşmışıq ki, noyabrın 28-29-da görüşək. Heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq”.

Aleksandr Lukaşenko hesab edir ki, bugünkü görüş qarşıdan gələn yüksək səviyyədə danışıqlara hazırlıq istiqamətində müvafiq mərhələ olacaq. Belarus dövlətinin başçısı deyib: “Ciddi müzakirə edəcəyimiz bir sıra problemlər var”.

A.Lukaşenko diqqəti belə bir fakta da cəlb edib ki, bu günlərdə Belarusun paytaxtı beynəlxalq görüşlər üçün geniş məkana çevrilib. Məsələn, oktyabrın 27-də Avrasiya İqtisadi İttifaqı səviyyəsində görüş keçirilib. Bu gün MDB ölkələrinin hökumət başçıları görüşürlər. Bundan əlavə, BMT-nin Avropa İqtisadi Komissiyasının irimiqyaslı beynəlxalq konfransı keçirilir. Bu günlər Ukraynaya dair işçi qrupunun iclası keçirilir. A.Lukaşenko deyib: “Bütün bunlar göstərir ki, Minsk danışıqların dinc məkanı barədə öhdəliklərini yerinə yetirir”.

Azərbaycanın Baş nazirinin birinci müavini Y.Eyyubov deyib:

“Belarus və Aleksandr Lukaşenko Azərbaycan və onun xalqı üçün çox yaxın və doğmadır”.

AZƏRTAC

Paylaş:
717

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər