Dmitri Kiselyov: Azərbaycanın Prezident sarıdan bəxti gətirib | 1news.az | Xəbərlər
Siyasət

Dmitri Kiselyov: Azərbaycanın Prezident sarıdan bəxti gətirib

14:58 - 28 / 10 / 2016
Dmitri Kiselyov: Azərbaycanın Prezident sarıdan bəxti gətirib

Azərbaycan Prezidenti İlham Əliyev ilə bir neçə dəfə görüşmüşəm və o, məndə dünya miqyaslı dövlət xadimi təəssüratı yaradıb. Avropada belə dövlət xadimlərinə az-az rast gəlinir. Elə Prezident İlham Əliyevin reytinqinin yüksək olması da bunu göstərir. Azərbaycanın Prezident sarıdan bəxti gətirib. Elə Rusiyanın da indiki Prezidenti baxımından bəxti gətirib.

Bu sözləri “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.

Bu günlərdə Azərbaycan Prezidentindən müsahibə almış jurnalist dövlətimizin başçısını müstəqil siyasət yürüdən, eyni zamanda, ətraf dövlətlərlə də mehriban qonşuluq münasibətləri yarada bilən uzaqgörən siyasi xadim kimi səciyyələndirərək deyib:

“Prezident İlham Əliyev ilə ünsiyyət məndə dərin təəssürat doğurdu. O, müstəqil düşünən, olduqca savadlı, fiziki və mənəvi cəhətdən sağlam adamdır. Düşünürəm ki, İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir. O, heç kimin – nə Rusiyanın, nə ABŞ-ın, nə də Türkiyənin diktəsi ilə hərəkət etmir. Eyni zamanda, qonşu ölkələrlə mədəni əlaqələri, dostluq və qardaşlıq münasibətlərini də nəzərdən qaçırmır”.

Siyasi arenada yaranan İran-Azərbaycan-Rusiya və Türkiyə-Azərbaycan-Rusiya üçlüklərinin regional problemlərin həllində yeni perspektivlər açdığını qeyd edən rusiyalı jurnalist Prezident İlham Əliyevin regional lider kimi yeni ideyalarla çıxış etdiyini də diqqətə çatdırıb.

AZƏRTAC

Paylaş:
610

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər