Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

17:28 - 28 / 10 / 2016
Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

Oktyabrın 28-də Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, iclasda MDB-nin fəaliyyətinin prioritet istiqamətləri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair 20-dən çox sənədin layihəsi müzakirə edilib.

Forumda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edirdi.

İqtisadi sahədə qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi dıqqət yetirilib.

O cümlədən, Azad Ticarət Zonası haqqında Müqavilənin müddəalarının reallaşdırılmasının gedişi nəzərdən keçirilib. Bu günə qədər tərəflər dövlət satınalmalarının tənzimlənməsi qaydalarını və prosedurlarını razılaşdırıblar. Xidmətlərin sərbəst ticarətini tənzimləyən sənəd hazırlanır. İclas iştirakçılarının fikrincə, ticarət mübahisələrinin həll edilməsinin müqavilədə nəzərdə tutulan mexanizmləri qarşılıqlı faydalı nəticələrə nail olmağın ən səmərəli yoludur, əmtəə və xidmətlər ticarətində qarşıya çıxan maneələrin aradan qaldırılması isə qarşılıqlı ticarətin inkişafına və onun iştirakçılarının iqtisadi artımına şərait yaradır.

HBŞ iclasında Birlik ölkələrinin mədən-metallurgiya, avtomobilqayırma sahələrində əməkdaşlığı haqqında bu sahələrin müəssisələrinin əlaqələndirilmiş işinin təmin edilməsinə yönəlmiş sazişlər imzalanıb. Saziş tərəflərinin əməkdaşlığı məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi MDB üzvü olan dövlətlərin Sənaye Siyasəti Şurasına həvalə edilib.

Kontrafakt məhsulların istehsalına və yayılmasına qarşı mübarizə, həmçinin istehlakçıların hüquqi maarifləndirilməsi sahəsində əməkdaşlıq barədə imzalanmış sazişlər intellektual mülkiyyətin və istehlakçı hüquqlarının müdafiəsinə yönəlib. MDB üzvü olan dövlətlərin intellektual mülkiyyət bazarının formalaşması və inkişafı Konsepsiyası, habelə bu Konsepsiyanın reallaşdırılmasına dair Tədbirlər Planı bəyənilib.

HBŞ iclasında 2025-ci ilə qədər olan dövr üçün informasiya cəmiyyətinin qurulmasında və inkişafında MDB üzvü olan dövlətlərin Əməkdaşlıq Strategiyası qəbul edilib, bu strategiyanın həyata keçirilməsinə dair 50-dən çox tədbirdən ibarət Fəaliyyət Planı bəyənilib.

Hökumət Başçıları Şurasının iclasında humanitar sahəyə aid bir sıra mühüm sənədlər nəzərdən keçirilib. Məsələn, MDB üzvü olan dövlətlərin humanitar sahədə əməkdaşlığına dair yaxın iki il üçün prioritet tədbirlər planlaşdırılıbı, müharibə veteranlarının, lokal münaqişələrin iştirakçılarının və onların ailə üzvlərinin həyat keyfiyyətinin yüksəldilməsi və onlara tibbi-sosial yardımın daha da inkişaf etdirilməsinin əsas istiqamətlərinin reallaşdırılmasına dair tədbirlərin 2017-ci ildə maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Təhlükəsizliyin təmin edilməsi sahəsində MDB üzvü olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizəni Əlaqələndirmə Bürosunun fəaliyyətini, “Uran hasilatı istehsalatlarının təsirinə məruz qalmış dövlətlərin ərazisinin rekultivasiyası” adlı Dövlətlərarası Məqsədli Proqramın və MDB üzvü olan dövlətlərin hidrometeorologiya fəaliyyətinin inkişafı Strategiyasının ikinci mərhələsinin həyata keçirilməsinin gedişini tənzimləyən sənədlər bəyənilib.

İclasda Birlik üzvü olan dövlətlərin hava hücumundan müdafiəsi üzrə birləşdirilmiş sistemin yaradılması və inkişafı üçün təxsisatların istifadəsi və gələn il bu sistemin maliyyələşdirilməsi haqqında qərarlar qəbul edilib.

Bundan əlavə, hökumət başçıları bir sıra büdcə-maliyyə məsələlərini nəzərdən keçirib, növbəti görüşün keçiriləcəyi tarixi və yeri müəyyən ediblər. Həmin görüş mayın 26-da Rusiyada keçiriləcək.

1news.az

Paylaş:
903

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər