Hərbi Hava Qüvvələrinin yeni Təlim Məşq Poliqonu istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi Hava Qüvvələrinin yeni Təlim Məşq Poliqonu istifadəyə verilib - FOTO

12:25 - 29 / 10 / 2016
Hərbi Hava Qüvvələrinin yeni Təlim Məşq Poliqonu istifadəyə verilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin inkişafı çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və təlim-tədris sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilən Təlim Məşq Poliqonunun açılışında iştirak edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Təlim Məşq Poliqonunun tədris-maddi bazasının təyinatı və məşğələlərin təşkili prosesi ilə maraqlanan Müdafiə nazirinə məruzə olunub ki, yüksək texnologiyalar əsasında yaradılan mərkəzdə hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur.

Bildirilib ki, kompüter avadanlıqları və müasir avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş tədris korpusundakı aviasiyanın döyüşü idarəetmə, radiolokasiya, raket tuşlama, rabitə, taktiki və digər siniflərdə mərhələli təlim prosesi həyata keçirilir.

Zenit-raket, radiotexniki birləşmə və hissələrin, ordu birliklərinin hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin praktiki hazırlığı üçün təlim meydançalarındakı tədris nöqtələrində olan Müdafiə nazirinə hərbi texnikanın istifadəsi ilə təlim-məşq prosesi nümayiş etdirilib.

1news.az

 

Paylaş:
748

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər