Zakir Həsənov hərbi aviabazada döyüş hazırlığını yoxlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov hərbi aviabazada döyüş hazırlığını yoxlayıb – FOTO

16:59 - 30 / 10 / 2016
Zakir Həsənov hərbi aviabazada döyüş hazırlığını yoxlayıb – FOTO

Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb.

Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.

Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər.

1news.az

 

Paylaş:
475

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olub29 / 04 / 2024, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib29 / 04 / 2024, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb29 / 04 / 2024, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub29 / 04 / 2024, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olub29 / 04 / 2024, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı29 / 04 / 2024, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO29 / 04 / 2024, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTO29 / 04 / 2024, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB29 / 04 / 2024, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutuldu29 / 04 / 2024, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB29 / 04 / 2024, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdirib29 / 04 / 2024, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub29 / 04 / 2024, 14:19
Bütün xəbərlər