Paraqvay Parlamentinin Deputatlar Palatası Azərbaycanla bağlı bəyanat qəbul edib
Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən daxil olmuş məlumata əsasən Paraqvay Parlamentinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Xuan Ramirezin təşəbbüsü ilə 19 oktyabr tarixində “Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünün qeyd olunması barədə” bəyanat qəbul edilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, X.Ramirez sözügedən bəyanat layihəsi təşəbbüsü ilə çıxış edərək, bəşəriyyət üçün önəm kəsb edən və Qafqazın bir hissəsi olan Azərbaycan xalqının yaratdığı 25 illik respublikanın siyasi-iqtisadi müstəqilliyə malik olduğunu, əksər əhalinin müsəlman olmasına baxmayaraq ölkədə etiqad azadlığının mövcudluğunu, Azərbaycanın islam dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb. O, Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyünü deputatların diqqətinə çatdırıb. X.Ramirez və Dostluq Qrupunun digər iki üzvü - Viktor Oskar Qonzales Drakefort və Celso Maldonado tərəfindən imzalanmış olan bəyanat layihəsi yekdilliklə qəbul olunub.
Bəyanatda Azərbaycan Respublikasının beynəlxalq aləmdə önəmli yer qazandığı, tanınmış, yüksək səviyyəli beynəlxalq tədbirlərdə - zirvə toplantıları, forumlar, sərgilər, yarışlarda fəal iştirak etdiyi, müstəqil Azərbaycanın enerji sektorunun inkişafında mühüm nailiyyətlər əldə etdiyi, post-neft dövrünün başlanması ilə ölkə iqtisadiyyatının bütün sahələrində bir sıra islahatlar həyata keçirdiyi, neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyü, təhsil sisteminin yaxşılaşdırıldığı qeyd olunur.
Paraqvay Respublikası Milli Konqresinin Deputatlar Palatası “Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünün qeyd olunması barədə” bəyanatı.
Qəbul edərək ki:
- Azərbaycan Demokratik Respublikasının varisi olan Azərbaycan Respublikası 18 oktyabr 1991-ci il tarixində müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edir.
Nəzərə alaraq ki:
- Azərbaycan Respublikası beynəlxalq aləmdə önəmli yer qazanmış, tanınmış, yüksək səviyyəli beynəlxalq tədbirlərdə - zirvə toplantıları, forumlar, sərgilər, yarışlarda fəal iştirak edir
- Müstəqil Azərbaycan enerji sektorunun inkişafında mühüm nailiyyətlər əldə edib, post-neft dövrünün başlanması ilə iqtisadiyyatının bütün sahələrində bir sıra islahatlar həyata keçirib. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görülmüşdür. Təhsil sistemi yaxşılaşdırılmışdır. Ölkə daxilində və xaricində Azərbaycan mədəniyyəti layihələri həyata keçirilir.
- Paraqvay Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 2004-cü ildə, ABŞ-ın Nyu-York şəhərində o vaxt Azərbaycan səfiri olmuş Yaşar Əliyev ilə Paraqvayın BMT yanında daimi nümayəndəsi Eladio Loizaga arasında imzalanmış komunike vasitəsilə qurulmuşdur.
Paraqvay Respublikasının Deputatlar Palatası bəyan edir ki:
Maddə 1: Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünü qeyd edir
Maddə 2: bəyanatın müvafiq qaydada təqdim edilməsi bağlı müddəa.
1news.az