Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib
Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı məlumat yayıb.
1news.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin “AQS-17” tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.
Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
1news.az
882