VII Beynəlxalq Forum çərçivəsində dövlət agentliyində bir sıra görüşlər keçirilib | 1news.az | Xəbərlər
Siyasət

VII Beynəlxalq Forum çərçivəsində dövlət agentliyində bir sıra görüşlər keçirilib

18:11 - 01 / 11 / 2016
VII Beynəlxalq Forum çərçivəsində dövlət agentliyində bir sıra görüşlər keçirilib

18-21 oktyabr 2016-cı il tarixlərində Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyası (AİK)  tərəfindən Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forum çərçivəsində Dövlət agentliyində bir sıra görüşlər keçirilib.

1news.az-a Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, agentliyinin sədri Akim Bədəlov ilə Azərbaycanda səfərdə olmuş Çinin Milli Energetika Administrasiyasının Bərpa Olunan və Yeni Enerji İdarəsinin rəis müavini Lianq Zipengin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti arasında görüş baş tutub.

Görüş zamanı dost ölkə ilə alternativ və bərpa olunan enerji mənbələri sahəsi üzrə təcrübə mübadiləsi, istehsal sahələrinin layihələndirilməsi və tikintisi, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin, çinli nümayəndə heyətinin tərkibində təmsil olunan 10-dan artıq nüfuzlu enerji şirkətlərinin təmsilçiləri Dövlət Agentliyi  tərəfindən həyata keçirilən layihələrə və bu istiqamətdə Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması üzrə sərmayə qoyuluşuna maraqlı olduqlarını qeyd edib.

Dövlət Agentliyinin sədri A.Bədəlov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsi olaraq, ABOEMDA ilə Çin Xalq Respublikasının Enerji İdarəsi arasında imzalanmış Anlaşma Memorandumunun ölkələrimiz arasında sahə üzrə ikitərəfli əməkdaşlığın sürətlə inkişafına təkan verdiyini nümayəndə heyətinin diqqətinə çatdırıb.

Bununla yanaşı, "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumun təşkilatçılarından olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Bərpa Olunan Enerji Şəbəkəsinin (REN 21) nümayəndə heyəti ilə Dövlət Agentliyində görüş keçirilib, enerji ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və “Paris İqlim Sazişi”indən irəli gələn öhdəliklərin yerinə yetirilməsi -  müasir enerjiyə çıxış imkanlarının yüksəlməsi, enerji sektorunun təmiz karbon tutumunun azaldılması, enerji səmərəliliyinin iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi, sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi  üçün milli səylərin artırılması mövzusunda fikir mübadiləsi aparılmışdır. 

1news.az

Paylaş:
456

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər