Azərbaycanlı deputat Avronest PA profil komitəsinin həmsədri seçilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat Avronest PA profil komitəsinin həmsədri seçilib

19:58 - 01 / 11 / 2016
Azərbaycanlı deputat Avronest PA profil komitəsinin həmsədri seçilib

Ukrayna paytaxtında Avronest Parlament Assambleyasının (PA) siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edir.

Tədbirin ilk günündə, Avronest PA Ukrayna Ali Radasında işə başlamazdan əvvəl iştirakçılar bu ölkənin Xarici İşlər Nazirliyində olublar.

Oktyabrın 31-də parlamentin konfrans zalında Ukrayna Ali Radası sədrinin birinci müavini İrina Geraşşenko giriş sözü ilə iclas iştirakçılarına müraciət edib.

Sonra Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin bu il martın 21-də Brüsseldə keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Daha sonra Avropa İttifaqına üzv və Şərqi Avropanın tərəfdaş ölkələrindəki vəziyyət və həmin ölkələrdə kütləvi informasiya vasitələrinin azadlığı, müstəqilliyi və obyektivliyi barədə fikir mübadiləsi aparılıb.

Avronest PA-nın şərq komponentindən sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin həmsədri seçilib. Avronest PA-nın bu mühüm profil strukturunun həmsədri vəzifəsinə Azərbaycan Milli Məslisinin deputatı Məlahət İbrahimqızı seçilib.

Avropa deputatları və Ukrayna parlamentinin üzvləri M.İbrahimqızını bu təyinat münasibətilə təbrik edib və bu vəzifədə ona uğurlar arzulayıblar.

Məlahət İbrahimqızı AZƏRTAC-a müsahibəsində bu təyinatı özünün şəxsi uğuru kimi deyil, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan parlamentarizminin Avropa siyasəti məsələlərinin həllində, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində xidmətlərinin nəticəsi kimi qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, bu gün regionda heç bir məsələ rəsmi Bakının rəyi nəzərə alınmadan həll edilmir. Deputat daha sonra vurğulayıb ki, Azərbaycan regionun ən nüfuzlu aktoru kimi iri siyasi, enerji və nəqliyyat layihələrini reallaşdırır.

Qeyd etmək lazımdır ki, Azərbaycan parlamentariləri bu iclaslardakı çıxışlarında, həmkarları ilə söhbətlərində, xarici jurnalistlərə verdikləri müsahibələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə həqiqətləri çatdırıblar.

Noyabrın 1-də Avronest PA siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclası öz işini başa çatdıracaq.

1news.az

 

Paylaş:
495

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər