Azərbaycan-Braziliya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Braziliya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

21:49 - 01 / 11 / 2016
Azərbaycan-Braziliya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycanla Braziliya arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması münasibətilə R.Mayanı təbrik edən baş nazir A.Rasizadə Latın Amerikası regionunda böyük sənaye potensialına malik Braziliya ilə Azərbaycan arasında əməkdaşlığın bir çox istiqamətlər üzrə davam etdiyini məmnunluqla xatırladıb.

İki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcudluğunu nəzərə çatdıran baş nazir bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb. Baş nazir ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə və bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat qəbul etdiyinə görə Braziliya Federativ Respublikası rəhbərliyinə təşəkkürünü bildirib.

Regionun ən çox inkişaf etmiş ölkələrindən biri kimi Azərbaycanla iqtisadi, mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinə maraq göstərdiklərini qeyd edən R.Maya səfərin əsas məqsədinin bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olduğunu söyləyib.

Davamlı iqtisadi inkişaf naminə regionda sülhün və əmin-amanlığın qorunub saxlanmasının zəruriliyinə toxunan braziliyalı qonaq bu baxımdan təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan dərhal çəkilməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
644

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər