Lukaşenko Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Lukaşenko Azərbaycana səfər edəcək

14:35 - 02 / 11 / 2016
Lukaşenko Azərbaycana səfər edəcək

Noyabrın 28-29-da Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri gözlənilir.

1news.az-ın “İnterfaks-Azərbaycan”-a istinadən verdiyi məlumata əsasən, görüşdə müzakirəsi nəzərdə tutulan əsas məsələlərdən biri ölkələr arasında ikitərəfli münasibətlər olacaq.

Məlumata əsasən, həmçinin ikitərəfli əməkdaşlığın genişlənməsinə yönəlmiş bir sıra sənədlərin və anlaşmaların imzalanması gözlənilir.

“Hal-hazırda tərəflər bu sənədləri razılaşdırır”, - deyə məlumatda qeyd edilir.

1news.az

 

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər