Elmar Məmmədyarov: Ermənistan danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Ermənistan danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır

19:54 - 02 / 11 / 2016
Elmar Məmmədyarov: Ermənistan danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub.

1news.az-ın məlumatına görə, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırdı.

Prezident Əbdül Fəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirdi və islam həmrəyliyinin vacibliyini qeyd etdi. Görüşdə Islam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olundu.

Nazir Elmar Məmmədyarov gələn il ölkəmizdə IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırdı və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət etdi. Ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində danışdı.

Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu, enerji sahəsində SOCAR ilə EGPC ilə qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirildi və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olundu.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıldı.

Sonra E.Məmmədyarov misirli həmkarı Sameh Şükri ilə görüşdü.

Görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə etdilər. Ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edərək, bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğuladılar. Bu xüsusda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağı bildirildi.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Misir arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf etdiyini qeyd etdi. Həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, iqtisadi gündəliyin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Tərəflər enerji sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı haqqında danışaraq, bu xüsusda 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd etdilər.

Görüşdə həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Nazir Misirin ərəb və İslam dünyasında mühüm rola malik olduğunu bildirərək, birgə səylərlə İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğuladı. O, bu xüsusda gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının əhəmiyyəti haqqında danışdı.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğuladı. O əlavə etdi ki, Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır. Nazir həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirdi və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğuladı.

Nazir Sameh Şükri həmkarı Elmar Məmmədyarovun rəsmi səfərinin Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini vurğuladı. O, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd etdi və hökumətlərarası birgə komissiyanın noyabrda keçirilməsi planlaşdırılan iclasının bu xüsusda mühüm əhəmiyyət kəsb etdiyini dedi.

S.Şükri Misirdə Süveyş kanalının inkişafı və genişləndirilməsi layihələrinin həyata keçirildiyini bildirərək, Azərbaycanı da bu istiqamətdə yaradılan logistika imkanlarından faydalanmağa çağırdı.

S.Şükri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Misirin mövqeyinin prinsipal xarakter daşıdığını və bu məsələdə beynəlxalq legitimlik və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə əsaslandığını bildirdi. O, Misirin regionda davamlı sülh və sabitliyin bərqərar olmasını arzuladığını vurğuladı.

Nazir Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirdi.

Səmimi şəraitdə keçən görüşdə həmçinin parlamentlərarası əməkdaşlıq, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması kimi məsələlər də müzakirə olundu.

1news.az

Paylaş:
536

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər