Azərbaycanla Misir arasında turizim və əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Misir arasında turizim və əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

20:32 - 02 / 11 / 2016
Azərbaycanla Misir arasında turizim və əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Misirin baş naziri Şərif İsmayıl Məhəmməd ilə görüşüb.

XIN-dən 1news.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Bu xüsusda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağı bildirilib. Həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub. 

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər.

Baş nazir Şərif İsmayıl Məhəmməd nazir Elmar Məmmədyarovun Misirə səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirdi və belə səfərlərin ölkələrimiz arasında əlaqələrin gələcək istiqamətlərinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın bütün ərəb dövlətləri, o cümlədən Misir ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.

Görüşdə həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olunub.

1news.az

Paylaş:
596

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər