Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır - FOTO

09:27 - 02 / 11 / 2016
Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır - FOTO

Noyabrın 1-də Vaşinqton şəhərinin Kiçik və yerli biznes inkişafı departamentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində ABŞ-ın paytaxt regionunda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, görüşdə cari ilin 15-16 sentyabr tarixində ABŞ ticarət missiyasının tərkibində Azərbaycana səfər etmiş şirkətlərlə yanaşı bu ölkənin Ticarət Nazirliyi, Vaşinqton şəhəri merinin ofisi və Kiçik və yerli biznes inkişafı departamentinin nümayəndələri iştirak edib.

Görüşdə ilk olaraq, paytaxt Vaşinqtonun Kiçik və yerli biznes inkişafı departamentinin Beynəlxalq proqram üzrə meneceri Conatan Bredi qeyd olunan ticarət missiyasının səfəri barədə təqdimat etmiş, səfər çərçivəsində İqtisadiyyat, Təhsil və Mədəniyyət və Turizm Nazirlikləri, ADA Universiteti və AZPROMO-da, eləcə də potensial biznes tərəfdaşları ilə keçirdikləri görüşlərdən söz açıb. O, həmin görüşlərdə tərəflər arasında informasiya-kommunikasiya texnologiyaları, ticarət, şəhərsalma, turizm, təhsil sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair faydalı müzakirələr aparıldığını vurğuladı. J.Bredi Azərbaycanda səfərdə olduqları zaman gördüklərinin, xüsusilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin, paytaxt Bakı ilə bərabər regionlarda aparılan işlər və yaradılmış infrastruktur imkanlarının onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını dedi. O, eyni zamanda, Azərbaycanda turizm potensialını daha yaxından öyrənmək məqsədilə ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qəbələ və Şəki şəhərlərinə səfər etdiyini söylədi. Qeyd edilməlidir ki, Şəkinin tarixi və Qəbələdə son dövrlər yaradılan müasir turizm infrastrukturu qonaqlarda böyük təəssürat yaratmış, Bakı ilə yanaşı regionların turist marşrutlarına daxil edilməsi tövsiyə etdi.

Görüşdə çıxış edən səfir Elin Süleymanov dünyada baş verən proseslər, o cümlədən neftin qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi inkişafın təmin olunması, xüsusən iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunda ixracın stimullaşdırılması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat vermiş, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırdı. Eyni zamanda, o, Azərbaycanın iştirakı ilə regionumuzda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında danışmış, şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu bildirdi. Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya sınaq konteyner qatarlarının yola salındığını deyən səfir bunun vaxt baxımından dəniz yolu ilə müqayisədə üç dəfə qısa olduğunu söyləmiş və tarixi İpək Yolun bərpasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə işə düşməsi ilə bu dəhlizin önəminin daha da artacağını qeyd etdi. Həmçinin, bu gün bölgənin iqtisadi, siyasi mərkəzi olan Azərbaycanın dünyanın turizm mərkəzinə çevrilməsi üçün böyük imkanların olduğunu deyən səfir son dövrlər ölkəmizə gələn turistlərin sayının nəzərə çarpan səviyyədə artığını söylədi.

Azərbaycanlı diplomat xüsusilə ölkəmizin əksər neft ixrac edən dövlətlərdən fərqli olaraq, Azərbaycan üçün enerji sənayesinin yeni bir fenomen olmadığını, Azərbaycanın neft sənayesinin iki əsrə yaxın tarixi olduğunu, hətta dünyada ilk neft quyusunun ölkəmizdə qazıldığını diqqətə çatdırmış və məhz, Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, ölkə başçısının uzaq görən strategiyası nəticəsində neftdən gələn gəlirlərin bütöv region və Azərbaycanda infrastruktur və qeyri-neft sektorunun inkişafına yönləndirildiyini vurğuladı. Bildirilmişdir ki, hazırda neftdən gələn gəlirlərin azalmasına baxmayaraq, ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində əsas infrastruktur layihələri öz bəhrəsini verməkdədir.

Vaşinqton şəhəri merinin ofisinin Protokol və beynəlxalq əlaqələr üzrə direktoru Patrisiya Elvud tədbirdə çıxış edərək, Azərbaycana baş tutmuş ticarət missiyasının ümumilikdə Bakı ilə Vaşinqton arasında müxtəlif sahələrdə təmasların qurulması və əməkdaşlığın təşviqi baxımından səmərəli olduğunu və bunun gələcəkdə davam etdirilməsində maraqlı olduqlarını bildirdi.

1news.az

Paylaş:
665

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər