Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir – Nazirlikdən açıqlama | 1news.az | Xəbərlər
Siyasət

Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir – Nazirlikdən açıqlama

09:50 - 02 / 11 / 2016
Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir – Nazirlikdən açıqlama

“Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub”.

1news.az xəbər verir ki, bu barədə Azərbauycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub.

“Qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər