Azərbaycan səfiri Türkiyədə akkreditə olunmuş diplomatik korpusun duayeni oldu
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov noyabrın 3-dən etibarən Türkiyədə akkreditə olunmuş diplomatik korpusun duayeni kimi səlahiyyətlərinin icrasına başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumatına əsasən, duayen akkreditə olunduğu ölkənin hökuməti ilə həmin ölkədəki diplomatik korpus arasında qəbul edilmiş rəsmi vasitəçidir.
1961-ci il Vyana Konvensiyasına əsasən, qəbul edən dövlətdə fəaliyyət göstərən, etimadnaməsini birinci təqdim edən diplomatik nümayəndəlik rəhbəri diplomatik korpusun duayeni təyin olunur.
Diplomatik korpusun duayeni həmkarlarına, xüsusilə də yeni gələn səfirlərə yerli protokol, etiket, fəaliyyət və akkreditə olunan ölkənin hakimiyyət orqanları ilə qarşılıqlı münasibətlər məsələləri üzrə məsləhətlər verir.
1news.az