Milli Məclisin deputatı AŞPA-nın tədbirlərində iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatı AŞPA-nın tədbirlərində iştirak edəcək

20:04 - 04 / 11 / 2016
Milli Məclisin deputatı AŞPA-nın tədbirlərində iştirak edəcək

Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın tədbirlərində iştirak etmək üçün noyabrın 6-dan 8-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Qurumun siyasi işlər və demokratiya komitəsinin iclasında Hələbdəki situasiya, İŞİD-in maliyyələşməsi kimi aktual məsələlər gündəmdə olacaq. Türkiyədəki 15 iyul hadisələri ilə əlaqədar AŞPA-da yaradılmış Alt Komitənin üzvləri seçiləcək və onların Türkiyəyə səfərinə hazırlıq məsələləri müzakirə ediləcək. Xarici əlaqələr üzrə Alt Komitənin üzvlərinin dekabrda Nyu-Yorka səfəri və BMT-də keçiriləcək görüşləri barədə fikir mübadiləsi aparılacaq.

Monitorinq komitəsinin iclasında isə AŞPA-nın üzv dövlətləri arasında münaqişələrə dair məruzə dinləniləcək, post-monitorinq dövründə Türkiyə ilə dialoqa, faktaraşdırıcı missiyanın Kiyev səfərinin nəticələrinə, Gürcüstan, Monteneqro və Bolqarıstanda seçkilərə dair məsələlər nəzərdən keçiriləcək.

Deputatımız müzakirələrdə yaxından iştirak edəcək.

AZƏRTAC

Paylaş:
924

Son xəbərlər

Bütün xəbərlər