Azərbaycan XİN separatçıların “Dağlıq Qarabağın adının dəyişdirilməsi” cəhdinə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN separatçıların “Dağlıq Qarabağın adının dəyişdirilməsi” cəhdinə münasibət bildirib

17:44 - 05 / 11 / 2016
Azərbaycan XİN separatçıların “Dağlıq Qarabağın adının dəyişdirilməsi” cəhdinə münasibət bildirib

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması cəhdi Ermənistanın məsələnin mahiyyətindən yayınmaq və beynəlxalq ictimaiyyəti aldatmaq siyasətinin növbəti nümunəsidir”.

1news.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistandan konstruktiv və konkret addımların atılması gözlənilsə də, rəsmi Yerevan bu kimi təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər vurmaq siyasətini yürüdür:

“Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı məhz bu ad altında ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir.

“Konstitusiya dəyişikliyi” adı altında Ermənistanın növbəti oyunu bir daha onu göstərir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsi (anneksasiya) məqsədini güdür. Həmçinin, bu hal sübut edir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır, Ermənistan hər vəchlə substantiv danışıqlardan boyun qaçırmağa və ATƏT-in Minsk Qrupunun həmsədrlərini aldadaraq mövcud status-kvonun dəyişdirilməsi istiqamətində onların son səylərini iflas etməyə çalışır”.

1news.az

Paylaş:
1113

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər