Əflatun Amaşov İrana səfəri çərçivəsində bır sıra görüşlər keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Əflatun Amaşov İrana səfəri çərçivəsində bır sıra görüşlər keçirib – FOTO

13:26 - 07 / 11 / 2016
Əflatun Amaşov İrana səfəri çərçivəsində bır sıra görüşlər keçirib – FOTO

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehrana səfəri başlayıb.

1news.az-a MŞ-nın mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 5-dən 9-dək gerçəkləşdiriləcək səfərdən başlıca məqsəd İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci  beynəlxalq sərgisində iştirakdır. Bununla yanaşı səfər proqramına islam respublikasındakı media orqanları və jurnalist təşkilatı nümayəndələri, həmçinin parlament üzvləri və bir sıra rəsmi şəxslərlə görüş də daxildir.

İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisinin açılış mərasimində ölkə prezidenti Həsən Ruhani, həmçinin İranın yüksək səviyyəli rəsmiləri iştirak edib. İİR prezidenti H.Ruhani çıxışında tədbirin əhəmiyyətindən və medianın cəmiyyət həyatındakı rolundan söz açıb. O, medianın dünyada barış və sülhün təmin olunmasındakı missiyasının vacibliyini xüsusi vurğulayıb, sərgi iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci  beynəlxalq sərgisində ölkənin ümumilikdə 900-dən çox qəzet, jurnal, informasiya agentliyi və jurnalist təşkilatının təqdim etdikləri materiallar hər media qurumu üçün ayrılmış güşədə nümayiş olunub. Sərgidən məqsəd İran media orqanları arasında əlaqəni gücləndirməkdən, beynəlxalq media qurumları ilə qarşılıqlı əməkdaşlıq yaratmaqdan ibarətdir.

Ə.Amaşov Tehrana səfəri çərçivəsində öncə İranın mədəniyyət və islam irşadı nazirinin müavini cənab Hossein Entezami ilə görüşüb.

Görüşdə İran və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırkı durumundan söz açılaraq məmnunluq ifadə olunub. Hər iki ölkənin media qurumlarının əməkdaşlığının da bu baxımdan tamamlayacı rol oynayacağı bildirilib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. O bildirib ki, Azərbaycan Mətbuat Şurası həm ayrıca təşkilat kimi beynəlxalq media quruluşları ilə birgə təşəbbüslər reallaşdırır, həm də bu və ya digər şəkildə Azərbaycan mediasının xarici media orqanları ilə qarşılıqlı fəaliyyətinin qurulmasına dəstək olur. Şura sədri İrana səfərinin bu baxımdan səmərəli keçəcəyinə əminliyini vurğulayıb.

Ə.Amaşovun növbəti görüşü İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin xarici media ilə iş departamentinin direktoru Muhammed Cəfər Safi ilə olub.

Görüşdə son illərdə Azərbaycan və İran mediası arasındakı münasibətlərdə intensivliyin nəzərə çarpdığı bildirilib. İrandan Azərbaycana, Azərbaycandan İrana qarşılıqlı jurnalist səfərlərinin təşkil olunduğu diqqətə çatdırılıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi ilə mövcud istiqamətdə yeni layihəyə start verdiyini vurğulayaraq layihə çərçivəsində görüləcək işlərin hər iki ölkənin kütləvi informasiya vasitələrini bir-birinə daha sıx bağlayacağına inamını ifadə edib.

MŞ sədri növbəti görüşünü İranın İRNA xəbər agentliyinin icraçı direktoru Muhammad Xoddadi ilə keçirib. 

Görüşdə İran və Azərbaycan mediası arasındakı əməkdaşlığın hazırkı durumu, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər iki ölkə jurnalistləri fəaliyyətlərində İran və Azərbaycan xalqlarının adət-ənənə yaxınlığına əsaslanan tarixi bağlılığını qorumağı hədəf seçməlidirlər. Bu baxımdan hazırkı vəziyyətdən məmnunluq ifadə olunub.

Ə.Amaşov İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisi gedişində də bir sıra görüşlər keçirib. Bu baxımdan ölkənin jurnalist təşkilatı təmsilçiləri, habelə islam respublikasının İSRA xəbər agentliyinin nümayəndələri ilə fikir mübadilələri də xüsusi əhəmiyyət daşıyıb.

Deputat Ə.Amaşov daha bir görüşünü İran Parlamenti sədrinin I müavini, Parlamentin türk fraksiyasının rəhbəri Məsud Pezeşkianla keçirib.

Sərginin «Parlament mediası» guşəsində gerçəkləşmiş görüşdə M.Pezeşkian yeni yaradılmış və tərkibinə 100 deputatın daxil olduğu fraksiyanın perspektiv planlarından söz açıb. Görüşdə həmçinin Azərbaycan və İran parlamentləri arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub. Ə.Amaşov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı M.Pezeşkiana hədiyyə edib.

1news.az

Paylaş:
745

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər