“Sarkisyana “Serjik” deyirdim” - erməni prezidentlərinə yük daşıtdıran azərbaycanlı - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Sarkisyana “Serjik” deyirdim” - erməni prezidentlərinə yük daşıtdıran azərbaycanlı - FOTO

16:39 - 07 / 11 / 2016
“Sarkisyana “Serjik” deyirdim” - erməni prezidentlərinə yük daşıtdıran azərbaycanlı - FOTO

Şuşa Rayon İcra Hakimiyyətinin Mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov Ermənistanın eks-prezidenti Robert Köçəryanla birgə çəkilən fotosunun sosial şəbəkələrdə yayılmasına münasibət bildirib.

1news.az-ın məlumatına görə, Zahid Abbasov publika.az-a açıqlamasında deyib ki, sözügedən foto 1987-cı ildə Yaltada istirahət edərkən çəkilib:

“Həmin foto Qarabağ hadisələri başlamamışdan 3-4 ay əvvəl Yaltada çəkilib. Həmin vaxt mən Yaltada istirahət edirdim, Robert Koçaryan üçün də bilet alıb özümlə ora aparmışdım ki, çamadanlarımı daşısın. Ümumiyyətlə, onu belə yerlərə aparırdım ki, mənə qulluq etsin. Məgər burada qəbahət var? Mən ona qulluq etməmişəm ki, o mənə qulluq edib.

O şəkildə olan digər şəxslər də tanınmış adamlardır. Onlardan biri xarici işlər nazirinin müavinidir. Həmin fotoda Robert Koçaryandan başqa hamısı azərbaycanlıdır. Əgər mənim savadım, vəzifəm olmasaydı, Robert Koçaryan mənim qulluğumda dayanardımı? Əlbəttə ki, xeyr. Savadım, qabiliyyətim olmasaydı, Robert Koçaryan quzu kimi yanıma düşüb getməzdi”.

Z.Abbasov Robert Koçaryanla birgə fotosunu yayan şəxslərə iradını da bildirib:

“Bu fotonu yayan adamlar bilmir ki, mən 10 il Vilayət Partiya Komitəsində işləmişəm. Serj Sarkisyan və Robert Koçaryan 4 il mənim işçilərim olub. Həmin vaxtı Sovet İttifaqında yaşayırdıq, onların gənclik dövrü idi. Hələ o vaxtı azərbaycanlı-erməni problemi yaranmamışdı. Digər tərəfdən isə erməni kim idi ki? Problemi böyük dövlətlər yaratdılar. Erməniləri də buna alət etdilər.

O vaxtı Şuşa Vilayət Partiya Komitəsində 100 adam işləyirdisə, onun 97-si erməni, cəmi 3-ü azərbaycanlı idi. Yəni, orada sədr işləmək asan məsələ deyildi. Bunun üçün savadın, qabiliyyətin və təcrübən olmalı idi ki, ermənilərin içərisində baş çıxara biləsən.

O fotoya da diqqətlə baxsanız, görərsiz ki, mən “şef” kimi ortada oturmuşam. Robert Koçaryan isə tülkü kimi kənarda oturub. Təkcə o şəkil hər şeyin necə olduğunu deyir.

Çox təəssüf ki, mənim bu fəaliyyətimi bəzi saytlar tamam fərqli formada təqdim etməyə çalışırlar. Yazırlar ki, guya mənim hələ də bu ermənilərlə dostluğum var və sairə. Adam nə qədər xain olmalıdır ki, belə yazılar yazsın. İndi mənim nə Serj Sarkisyan, nə də Robert Koçaryanla hər hansı əlaqəm var. Mən Qarabağ veteranıyam, Şuşanı da ən son tərk edən adam olmuşam. Gedib şuşalılar arasında sorğu keçirin, soruşun ki, Şuşanı ən son kim tərk edib? Deyəcəklər ki, Zahid Abbasov. Döyüşdüyüm üçün Şuşanı ən son mən tərk etmişəm. Orada ölə də bilərdim, təsadüfən sağ qalmışam. Bütün bu xidmətlərim qala-qala bəzi saytlarda cəfəng yazılar yazmaq ədalətsizlikdir”.

Z.Abbasov 2009-cu ildə erməni işğalı altında olan Şuşaya getdiyini söyləyib:

“2009-ci ildə də dövlət səviyyəsində cənab Prezident İlham Əliyevin tapşırığı ilə Şuşaya görüşə getmişdik. Həmin vaxtı mənimlə Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli də getmişdi. Onlarla televiziya kanalları da bu görüşü çəkmişdilər. Həmin görüşdə Serj Sarkisyan da iştirak edirdi. Mən Sarkisyana “serjik” deyirdim. Hətta, buna görə ermənilər mənə iradlarını bildirdilər. Dedilər ki, nə olsun Serj Sarkisyan sənin işçin olub, indi o prezidentdir və sən də ona “cənab” deyə müraciət etməlisən!”.

1news.az

Paylaş:
1110

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər