SAM Misirdə beynəlxalq konfrans keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

SAM Misirdə beynəlxalq konfrans keçirəcək

16:58 - 07 / 11 / 2016
SAM Misirdə beynəlxalq konfrans keçirəcək

6-8 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin  (SAM) direktor müavini Gülşən Paşayeva və məsləhətçi-eksperti Kamal Qasımov Qahirə şəhərinə (Misir Ərəb Respublikası) səfər edəcək. 

1news.az-a SAM-dan verilən xəbərə görə, səfər çərçivəsində Misir Ərəb Respublikasının Qahirə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Al-Hever Siyasi və Media Araşdırmaları Mərkəzi və Qahirə Universitetinin Siyasi Elmlər və İqtisadiyyat Fakültəsi nəzdində Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzi ilə birgə bir sıra tədbirlərin (görüş, dəyirmi masa və beynəlxalq konfrans) təşkilini nəzərdə tutub.

1news.az

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər