Dünya Azərbaycanlıları Assambleyası Varşavada konfrans keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

Dünya Azərbaycanlıları Assambleyası Varşavada konfrans keçirəcək

15:47 - 08 / 11 / 2016
Dünya Azərbaycanlıları Assambleyası Varşavada konfrans keçirəcək

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşkilatçılığı ilə 2 dekabr 2016-cı il tarixində Polşanın paytaxtı Varşava şəhərində Varşava Təbiət Elmləri Universitetində Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək. 

1news.az-a assambleyadan verilən xəbərə görə, tədbirin əsas təşəbbüskarı və təşkilatçısı DAA-nın elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti gənc alim Raqif Hüseynovdur. Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı  "Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perespektivləri" mövzusuna həsr edilib.

Tədbirin əsas maddi və texniki dəstəyi Varşava Təbiət Elmləri Universitetidir.  Tədbir  çərçivəsində gənc alimlərin təqdimatları olacaq. Konfransın sonunda gənc alimlərə sertifikat təqdim olunacaq. Konfransda iştirak edən gənc alimlərin məqalələri Varşava Təbitət Elmləri Universitetinin elmi jurnlında çap olunacaqdır.

Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən səfirlikləri, Polşa rəsmi qurumlarının nümayəndələri iştirakları gözlənilir.

Sonda isə Polşa və Azərbaycan dahi bəstəkalarının musiqilərindən ibarət piano konserti təşkil olunacaq.

Qeyd edək ki, Raqif Hüseynov yaxın günlərdə DAA vitse prezidenti təyin olunub. Gənc alim hazırda Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantıdır.

1news.az

Paylaş:
2007

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər