Vaan Martirosyan: “Referendum keçirilsə Qarabağ erməniləri Azərbaycana səs verəcəklər” | 1news.az | Xəbərlər
Siyasət

Vaan Martirosyan: “Referendum keçirilsə Qarabağ erməniləri Azərbaycana səs verəcəklər”

16:02 - 08 / 11 / 2016
Vaan Martirosyan: “Referendum keçirilsə Qarabağ erməniləri Azərbaycana səs verəcəklər”

Qarabağı “Artsax” yox Kolumbiya adlandırmaq lazımdır, çünki orada narkotrafik və silah alveri mövcuddur.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda erməni hüquq müdafiəçisi Vaan Martirosyan bu gün Bakıda keçirilən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və həll perspektivləri. Ermənistandan və Azərbaycanda baxış” adlı beynəlxalq konfrans çərçivəsində çıxışı zamanı deyib.

“Qarabağda insanlar iki hissəyə bölünür. Müharibədən sonra orada qalanlar, çünki getməyə yerləri yoxdur, və Bako Saakyanın yan-yörəsi”, - deyə Martirosyan davam edib.

Onun fikrincə, Qarabağda referendum keçirilsə ermənilərin 80-90%-i Azərbaycana səs verəcək.

“Xankəndidə, Şuşada, Laçında olmuşam. Saakyanın Qərbdəki diasporadan milyonlarla pul aldığına baxmayaraq, Dağlıq Qarabağda su yoxdur. Hərbçiləri və onların ailələrini çıxmaq şərti ilə Qarabağda təxminən 40 min insan yaşayır. Sarqsyan “DQR tanınması” məsələsini qaldıra bilməz, çünki onda belə bir səlahiyyət yoxdur.

Ermənistanda hüquqi xaos gülünc həddə çatıb. Bu həmçinin Dağlıq Qarabağın statusu, onun “müstəqilliyinin” tanınması, ölkənin Müdafiə Nazirliyinin separatçıların “müdafiə nazirliyi” ilə əməkdaşlığına aiddir.

Dağlıq Qarabağdan olan heç bir erməni Qarabağda hərbi qulluq keçmir. Belə bir yazılmamış qanun var ki, onlar İrəvan yaxınlığındakı bir HHM hissəsində qulluq edirlər. Ermənistanda doğulan gənclər isə Qarabağa çağırılırlar. Aprel hadisələri buna sübutdur”, - deyə hüquq müdafiəçisi qeyd edib.

O, qeyd edib ki, aprel hadisələrində demək olar ki, bir nəfər də qarabağlı erməni ölməyib.

“Ölənlər Ermənistan vətəndaşları idi və 90%-i ən aztəminatlı ailələrdən olublar.

Erməni cəmiyyəti həmişə düşmənin hücumunu gözləyir. Məktəbdən başlayaraq, artıq şüuraltı belə müharibə haqda düşünürlər. Elə buna görə də Ermənistanın iqtisadiyyatı bərbad vəziyyətdədir”, - deyə Martirosyan vurğulayıb.

Öz növbəsində, erməni ictimai xadimi Vahe Avetyan Dağlıq Qarabağ məsələsinin azərbaycanlı və erməni icmaları arasında həll olunmalı olduğunu bildirib.

“Əgər Azərbaycanla dost olsaq, o Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasında vasitəçi olacaq”, - deyə Avetyan qeyd edib.

1news.az

Paylaş:
561

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər