Erməni hüquq-müdafiəçisi: Xocalı soyqırmını törətmiş Ermənistan rəhbərliyi hakimiyyətdə olduğu müddətdə sülh olmayacaq | 1news.az | Xəbərlər
Siyasət

Erməni hüquq-müdafiəçisi: Xocalı soyqırmını törətmiş Ermənistan rəhbərliyi hakimiyyətdə olduğu müddətdə sülh olmayacaq

16:39 - 08 / 11 / 2016
Erməni hüquq-müdafiəçisi: Xocalı soyqırmını törətmiş Ermənistan rəhbərliyi hakimiyyətdə olduğu müddətdə sülh olmayacaq

Erməni KİV-i bu gün Bakıda baş verən həqiqətləri yazmır. Onlar İrəvan rejiminin diktə etdiyi kimi yazırlar.

1news.az-ın verdiyi xəbərə görə, bunu çərşənbə axşamı erməni hüquq-müdafiəçisi Vaan Martirosyan Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən konfrans zamanı bəyan edib. Onunla yanaşı konfransda Ermənistandan olan siyasi mühacir Vahe Avetyan da iştirak edir.

Martirosyanın sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə barışıq üçün addımlar atır:

“Nə qədər ki, Ermənistanda Xocalı soyqırımını törətmiş hakimiyyət olacaq sülh olmayacaq. İndi onlar Ermənistda soyqırım törədirlər”.

Martirosyan qeyd edib ki, ermənilərdən Bakıda dövlət himayəsində erməni kilsəsi olduğu gizlədilir:

“Bakıda 38 min erməni yaşayır. Azərbaycanda, eləcə də regionlarda erməni müqəddəs yerləri var ki, bunlar azərbaycanlılar tərəfindən qorunur”.

Hüquq-müdafiəçisi vurğulayıb ki, Ermənistanda dahi aktyor Ciqarxanyanı azərbaycanlı və ermənilərin barışmalıdır fikrinə görə, satqın adlandırıblar:

“Əsas məqsədimiz barışıq fikrinin təbliğ edilməsidir. İstənilən münaqişəni zərər görənlər həll edir. Xalqlarımız istənilən münaqişəni QHT-lər vasitəsilə həll edəcək”.

Martirosyan həmçinin qeyd edib ki, heç bir erməni sidq ürəklə deməz ki, Dağlıq Qarabağ münaqişəsi ona sevinc gətirib:

“Bunu yalnız münaqişədə marağı olanlar deyə bilərlər. Belə insanlar isə Haaqa məhkəməsində bəşəriyyətə qarşı cinayətə görə həbs edilməlidir”. 

Mövzu ilə əlaqədar oxuyun:       

Erməni yazıçı Vahe Avetyan Xocalı abidəsini ziyarət edib

1news.az

Paylaş:
641

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər