Bakıda keçirilmiş beynəlxalq forumun azərbaycanlı və erməni iştirakçıları İlham Əliyev və Serj Sarkisyana müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Bakıda keçirilmiş beynəlxalq forumun azərbaycanlı və erməni iştirakçıları İlham Əliyev və Serj Sarkisyana müraciət ünvanlayıb

19:32 - 08 / 11 / 2016
Bakıda keçirilmiş beynəlxalq forumun azərbaycanlı və erməni iştirakçıları İlham Əliyev və Serj Sarkisyana müraciət ünvanlayıb

Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilmiş konfransın yekunu olaraq iştirakçılar Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan prezidenti Serj Sarkisyana müraciət ünvanlayıb.

1news.az redaksiyasına təqdim edilmiş müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Biz, erməni və azərbaycanlı xalqlarının nümayəndələri 25 ildir ki uzanan, minlərlə insanın həlak olmasına, on minlərlə insanın məcburi qaçqın düşməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin əsas həlli yollarını müzakirə etmək üçün bir yerə toplamışıq. Buna görə də biz, sizə müraciət etməyi özümüzün vətəndaşlıq borcu  hesab edirik.  

SSR-inin süquqtundan sonra Azərbaycan və Ermənistan müqəddərat hüququndan istifadə edərək müstəqil dövlət oldular. Lakin təəssüflər olsun ki, Avropada hamı tərəfindən qəbul edilmiş Helsinki Son aktı əsasında beynəlxalq hüquq və dövlətlərarası mədəni münasibətlər Cənubi Qafqaz regionunda hökmranlıq edə bilmədi.

İki dövlət arasında baş verən müharibənin nəticəsi olaraq regionda sülh və sabitlik hələ də bərpa oluna bilmir. Yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər iki tərəfə dəymişim böyük maddi və mənəvi ziyanı sadəcə statistik gəstəricilərlə ifadə etmək olmur.

Bu gün qoşunların təmas xəttində, eləcə də hər iki dövlətin beynəlxalq dərəcədə tanınmış sərhədləri boyunca səngərlər qazılıb, sahələr minalardan təmzilənir. Səngərlərdən azərbaycanlı və erməni gənc əsgərlər bir-birlərini snayperlərin optik nişanları vasitəsilə izləyirlər. Hər iki ölkənin hazırki nəslində bir-biri ilə bağlı təəssüratları müharibə və onun gətirdiyi ağrılarla formallaşır.

Aprel döyüşləri bir daha göstərdi ki, müharibənin bərpası faciəvi nəticələr verə bilər. 90-cı illərdən fərqli olaraq, hər iki ölkənin hərbi arsenalının artması, eləcə də hərbi risklərin ballistik raketlərə qədər yüksəlməsi münaribənin dəhşətli hüdudlarının göstəricisidir. Hərbi məqsədlər üçün çəkilən xərclər xalqlarımız üçün rifah və inkişafa xidmət edə bilərdi.

Erməni və Azərbaycan xalqı bu münaqişədən yorulublar və yeni-yeni itkiləri arzulamırlar. Erməni və azərbaycanlıdan başqa bu münaqişəni həll etməyə inanmaq sadəlövhlük olar. Bundan çıxış edərək bildiririk:

- Müdriklik və cəsarət göstərin, keçmişin əsiri olmayın, gələcəyə baxın və müharibənin faciəvi nəticələrindən dərs alın,

- Münaqişənin tezliklə və sülh yolu ilə həlli üçün təqlidi danışıqlar prosesinə son qoyaraq substantiv və yönəlmiş danışıqları tezləşdirmək lazımdır. Münaqişənin tez həlli nəinki Dağlıq Qarabağ iqtisadiyyatın inkişafına, eləcə də Ermənistan və bütün regiona təkan verə bilər. Bu da hər iki dövlət arasında sülh və əməkdaşlığın qiymətsiz töhfəsnə çevrilə bilər. Belə olan halda nə udan var, nə uduzan olacaq. Bu, istər Ermənistan, istərsə də Azərbaycan xalqı üçün məğblubiyyətsiz uğur ola bilər.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət rəhbərləri səviyyəsində bəyan etdikləri status-kvonun qəbuledilməzyinin yaxın zamanlarda dəyişdirilməsi.

- Hazırki status-kvonun fundamental əsası olan işğal faktını aradan qaldırmaq və qoşunların çıxarılmasını təmin etmək;

- Yerlərindən köçürülmüş  şəxslərin öz daimi yaşayış yerlərinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək;

- Bu gün Azərbaycan tolerant, multikultural və inkişaf etmiş ölkədir ki, burada münaqişəyə baxmayaraq 30 mindən çox erməni əsilli vətəndaş yaşayır. Azərbaycanın Dağlıq Qarabağ regionunda azərbaycanlı və erməni icmalarının təhlükəsiz, sülh və birgəyaşayış formasında yaşaması üçün heç bir problem yoxdur. Məhz bu səbəbdən erməni və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünün etnik uyğunsuzluğu ilə bağlı əsassız, irqçi düşüncələr qətiyyətlə rədd edilməli;

- Bu konteksdə yaxın günlərdə səsləndirilən Azərbaycan çərçivəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması təklifi Azərbaycan və Ermənsitan ictimaiyyəti tərəfindən ciddi baxılmalıdır.

- BMT, ATƏT, Avropa və başqa beynəlxalq təşkilatların qərarları, xüsusilə BMT-ın Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Son aktı müstəqillik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər haqqında prinsiplərinə əsaslanaraq Ermənistanla Azərbaycan  arasında sivil münasibətlər formallaşdırmaq lazımdır;

- Vətəndaş cəmiyyətləri arasında dialoq üçün bu platformandan istifadə olunması münaqişənin həllinə öz təhfəsini verəcək.

Konfransın erməni tərəfinin iştirakçıları adından:

1. Vahe Avetyan – hüquq-müdafiəçisi

2. Vaan Martirosyan – “Milli azadlıq hərəkatı” təşkilatının sədri

3. Süzan Caqinyan – jurnalist, “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini.

Konfransın azərbaycanlı tərəfinin iştirakçıları adından:

1. Rövşən Rzayev – Dağlıq Qarabağ icmasının azərbaycanlı şurasının üzvü

2. Kamil Səlimov – Bakı Dövlət Universitetinin professoru

3. Şəlalə Həsənova – “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin sədri.  

1news.az

Paylaş:
1051

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər