Daha bir erməni hüquq müdafiəçisi Bakıya gəlib | 1news.az | Xəbərlər
Siyasət

Daha bir erməni hüquq müdafiəçisi Bakıya gəlib

20:16 - 08 / 11 / 2016
Daha bir erməni hüquq müdafiəçisi Bakıya gəlib

Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzan Caqinyan Bakıya gəlib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib.

Qeyd edək ki, İrəvanda yaşayan S.Caqinyanın Bakıda keçirilən “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda iştirakı nəzərdə tutulsa da, bu, baş tutmayıb.

S.Caqinyan sabah mətbuat konfransı keçirəcək.

1news.az

Paylaş:
1009

Son xəbərlər

Bütün xəbərlər