Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrinə tanışlıq səfəri ediblər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrinə tanışlıq səfəri ediblər – FOTO

21:24 - 08 / 11 / 2016
Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrinə tanışlıq səfəri ediblər – FOTO

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün noyabrın 8-də Hərbi Dəniz Qüvvələrinə (HDQ) tanışlıq səfəri təşkil edilib.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 14 dövləti təmsil edən 20-dən çox qonağa HDQ barədə brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlar hərbi hissənin qərargahı, silahlanmasındakı hərbi texnikası, şəxsi heyətin yerləşmə şəraiti, inzibati binaları, əsgər yeməkxanası və digər obyektlərlə tanış olublar.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər