UNESCO-da Dünya Xəbər Agentliklərinin V Konqresində müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb | 1news.az | Xəbərlər
Siyasət

UNESCO-da Dünya Xəbər Agentliklərinin V Konqresində müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb

23:10 - 08 / 11 / 2016
UNESCO-da Dünya Xəbər Agentliklərinin V Konqresində müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb

Noyabrın 8-də Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov qurumun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.

Görüşdə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresi barədə fikir mübadiləsi aparılıb. AZƏRTAC-ın 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcəyi bildirilib. Söhbət zamanı V Konqresdə müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb və UNESCO-nun nümayəndəsinin tədbirdə iştirakının önəmi qeyd edilib.

Diqqətə çatdırılıb ki, UNESCO-nun baş direktoru İrina Bokova Konqres iştirakçılarına videomüraciət ünvanlayacaq. Səfir Anar Kərimov buna görə UNESCO-nun baş direktoruna minnətdarlığını bildirib.

Qetaçyu Enqida Dünya Xəbər Agentliklərinin V Konqresinə dəvətə görə təşəkkür edib, bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.

AZƏRTAC

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər