Azərbaycan parlamentariləri Malayziyaya səfər edəcəklər
Milli Məclisin deputatları, Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Mahir Aslanov və qrupun üzvü Mirkazım Kazımov noyabrın 9-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinə səfər edəcəklər.
1news.az-ın məlumatına görə, səfər Malayziya parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri, Azərbaycanla dostluq qrupunun rəhbəri Datuk Seri Roland Kiandeenin dəvəti ilə həyata keçirilir.
Deputatlar ölkənin qanunverici orqanının fəaliyyəti ilə tanış olacaq, qəbul olunan qanunlarla maraqlanacaq, parlamentin rəhbərliyi və malayziyalı həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, səfər noyabrın 14-də başa çatacaq.
1news.az