Erməni hüquq müdafiəçisi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Erməni hüquq müdafiəçisi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”

23:13 - 09 / 11 / 2016
Erməni hüquq müdafiəçisi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”

“Beynəlxalq normalar ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmasını tələb edir. Ermənistan beynəlxalq hüquqa daim saymazyana münasibət göstərə bilməz, o, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”.

1news.az “Trend”ə istinadən xəbər verir ki, bu sözləri erməni hüquq müdafiəçisi Vahe Avetyan bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

V.Avetyan qeyd edib ki, ictimai təşkilatlar olaraq dəfələrlə bildirmişik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik:

“Burada olmağımız isə xalq diplomatiyasının tərəfdarı olduğumuzu göstərir”.

Onun sözlərinə görə, Bakıda keçirilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” konfransında siyasi, sülhməramlı fəaliyyət və digər bəndlər üzrə iş üçün fundamental baza yaradılıb.

V.Avetyan deyib: “Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın bütün fəaliyyəti bizim azərbaycanlı həmkarlarla yaratmağa çalışdığımız prosesi dağıtmağa yönəlib”.

Hüquq müdafiəçisinin sözlərinə görə, o, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab yazıb və onu Bakıda nəşr etmək istəyir. V.Avetyan kitabın satışından əldə olunan gəlirin müharibədən zərər çəkmiş azərbaycanlı və ermənilərə verməyə hazır olduğunu deyib.

1news.az

Paylaş:
1059

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər