Əli Həsənov: Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir

14:12 - 10 / 11 / 2016
Əli Həsənov: Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir

Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir.

Bunu cümə axşamı günü jurnalistlərə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.  

Ə.Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib:

“Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək.

Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki,  Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”.

APA

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər