ATƏT-in cəbhə xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb
ATƏT-in bu gün Tovuz rayonunun Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.
1news.az
787