Azərbaycanlı diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb
Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb.
1news.az-ın məlumatına görə, V.Novruzov Moldovanın ali dövlət mükafatı - Respublika ordeni ilə təltif olunub.
Noyabrın 11-də Moldova Respublikasının Dövlət İqamətgahında mükafatn təqdimat mərasimi keçiriləcək.
Məlumat üçün bildirək ki, Respublika ordeni Moldovada vətənin və cəmiyyətin inkişafına naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
V.Novruzov 1962-ci ildə Azərbaycan Respublikasının Laçın rayonuda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayan V.Novrizov Moldova Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda "Azmol Kompany" şirkətinin baş direktorudur.
V.Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan V.Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
1news.az