Nikolay Rıjkov: “Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Nikolay Rıjkov: “Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”

22:58 - 10 / 11 / 2016
Nikolay Rıjkov: “Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”

Rusiya Federasiya Şurasının üzvü, keçmiş sovet siyasi xadimi Nikolay Rıjkov Ermənistan parlamentində jurnalistlərin Azərbaycana silah satılması ilə bağlı sualına cavab verib.

1news.az Modern.az-a istinadən bildirir ki, onun sözlərinə görə, buköhnə söhbətdir.

“Bəli, silah satır, nə olsun ki? Bu o demək deyil ki, qəsdən silah satırıq ki, müharibə başlasın”, - Rıjkov qeyd edib.

Jurnalistlərin “məsələ yeni deyil, ağırılıdır” reaksiyasına Rıjkovın cavabı belə olub: “Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır. Bu halda hər şey öz yerini tutacaq”.

1news.az

Paylaş:
934

Son xəbərlər

Bütün xəbərlər