Novruz Məmmədov: ABŞ-da prezident seçkilərinin nəticələri Ermənistan üçün sürpriz oldu | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: ABŞ-da prezident seçkilərinin nəticələri Ermənistan üçün sürpriz oldu

12:35 - 10 / 11 / 2016
Novruz Məmmədov: ABŞ-da prezident seçkilərinin nəticələri Ermənistan üçün sürpriz oldu

ABŞ-dakı prezident seçkilərinin nəticələri Ermənistan və dostları üçün daha bir sürprizə çevrildi.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib:

“Bob Dold, Mark Körk və başqa ermənipərəst konqresmenlər seçkilərdən kənarda qaldılar. "Azərbaycanda Demokratiya" adlı bədnam aktın həmmüəlliflərindən olan Cozef Hek də seçkini uduzanlar sırasındadır”.

Xatırladaq ki, Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər