Dünya Azərbaycanlıları Assambleyasına yeni təyinat olub | 1news.az | Xəbərlər
Siyasət

Dünya Azərbaycanlıları Assambleyasına yeni təyinat olub

12:59 - 10 / 11 / 2016
Dünya Azərbaycanlıları Assambleyasına yeni təyinat olub

Dünya Azərbaycanlıları Assamblyeasının (DAA) prezidenti  Rəşad Quliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Elman Nəsirov  DAA-nın beynəlxalq məsələlər üzrə vitse prezidenti təyin olunub.

1news.az-a DAA-nın mətbuat xidmətindən verilən xəbərə görə, o, Göyçay-Ağdaş dairəsinin millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, insan hüquqlari komitələrinin üzvü, habelə Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq  komitəsinin və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru politoloq, siyasi elmlər doktorudur.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 06.09.2016 tarixində Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb. Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər