Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək

16:32 - 16 / 11 / 2016
Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfər edəcək.

Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, səfər əsnasında nazir 17 noyabr 2016-cı il tarixində Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək.

Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaqdır.

1news.az

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər