Təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur - FOTO

17:05 - 16 / 11 / 2016
Təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, plana müvafiq olaraq bütün qoşun növləri silah və texnikanın praktiki tətbiqi ilə təlim-döyüş tapşırıqlarının həlli üzrə taktiki fəaliyyətə başlayıblar.

Təlimlərin xarakterik xüsusiyyətləri məlumatların operativ qəbulu, işlənilməsi, quruda, dənizdə, havada müşahidənin aparılmasına imkan verən elektron, hesablama, vizual və digər müasir texnikadan istifadə edilməklə dinamik dəyişən şəraitdə yeni tapşırıqların operativ çatdırılmasından ibarətdir.

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edərək ərazinin mürəkkəb şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyətini nəzərə alaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin daha sıx qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.

Müxtəlif poliqonlarda, ərazilərdə, təlim sahələrində, avadanlıqla təchiz edilmiş digər nöqtələrdə döyüş atışları, bölmələrin və atəşin manevrləri yerinə yetirilir.

1news.az  

Paylaş:
638

Son xəbərlər

Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00
Bütün xəbərlər