Azərbaycanın nümayəndə heyəti Mərakeşdə keçirilən konfransda iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın nümayəndə heyəti Mərakeşdə keçirilən konfransda iştirak edib

17:28 - 16 / 11 / 2016
Azərbaycanın nümayəndə heyəti Mərakeşdə keçirilən konfransda iştirak edib

Mərakeşdə Yüksək Səviyyəli İqlim Dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 22-ci sessiyasının (COP22) təntənəli açılış mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanı bu konfransda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sədrliyi ilə nümayəndə heyəti təmsil edib.

COP 22-nin Mərakeşdə keçirilməsi bərpaolunan enerjinin davamlı inkişafı baxımından regionda və dünyada Mərakeş rəhbərliyinin tanınması deməkdir. Mərakeşin əsas hədəfi 2030-cu ildə ümümi enerjinin 52%-ni təşkil edib öz daxili ehtiyaclarının ödənilməsini tamamlamaqdır.

Konfransda həmçinin Kral VI Məhəmməd də iştirak edib. Kral çıxışında qeyd edib ki, Parisdə keçirilən COP21 kimi Marakeşdə keçirilən bu konfrans da qəbul edilən öhdəlikləri nəzərə alaraq planetimiz və gələcək nəsillər naminə konkret tədbirlər həyata keçirilməsinə imkan yaradacaq.

Bundan əlavə, kral inkişaf etməkdə olan ölkələrə xüsusilə, Afrika, Asiya və Latın Amerikası, o cümlədən, iqlim risklərə qarşı özlərinin müdafiə vasitəsi olmayan inkişaf etməkdə olan ölkələr üçün də həmrəyliyin gücləndirilməsinə çağırıb.

Buna görə də, Kral VI Məhəmməd inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımı, texnologiya transferi vasitəsilə dəstək baxımından 2020-ci ilə qədər Paris müqaviləsində qeyd edilən 100 milyon dollardan  daha artıq olması nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edib.

1news.az

Paylaş:
732

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər