Vahe Avetyan Prezident İlham Əliyevdən “mənəvi vətəndaşlıq” verilməsini istəyir | 1news.az | Xəbərlər
Siyasət

Vahe Avetyan Prezident İlham Əliyevdən “mənəvi vətəndaşlıq” verilməsini istəyir

17:39 - 17 / 11 / 2016
Vahe Avetyan Prezident İlham Əliyevdən “mənəvi vətəndaşlıq” verilməsini istəyir

Yaxın günlərdə Bakıya səfər etmiş erməni hüquq-müdafiəçisi Vahe Avetyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

Avetyan məktubunda ona Azərbaycanda “mənəvi vətəndaşlıq” verilməsini istəyir . Və bunu o, Facebook səhifəsində yerləşdirib.

Məktubu olduğu kimi diqqətinizə çatdırırıq (müəllifin yazı üslubunun saxlanılması ilə):

 “Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

Qardaş ölkənin hörmətli prezidenti,

Sizə rəhbərlik etdiyini ölkənizdə mehriban qarşılanmaya, müdrikliyə, anlayışa görə minnətdaram.

Mən Azərbaycan xalqı ilə bədbəxtlikdə həmrəylik, müvəffəqiyyətlərdə sevinc, erməni ziyarətgahlarına, kilsəsinə və digər dəyərlərə ehtiyatlı münasibət üçün minnətdar olaraq dərin mənəvi əlaqədən narahatam.

Mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığı verilməsini xahiş edirəm”.

Erməni yazıçı Vahe Avetyan Xocalı abidəsini ziyarət edib

Erməni hüquq müdafiəçisi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”

Bakıda keçirilmiş beynəlxalq forumun azərbaycanlı və erməni iştirakçıları İlham Əliyev və Serj Sarkisyana müraciət ünvanlayıb

 

Paylaş:
1001

Son xəbərlər

Bütün xəbərlər