"BƏƏ tolerantlıq nümunəsi hesab olunur" - Səfirlik | 1news.az | Xəbərlər
Siyasət

"BƏƏ tolerantlıq nümunəsi hesab olunur" - Səfirlik

09:29 - 17 / 11 / 2016
"BƏƏ tolerantlıq nümunəsi hesab olunur" - Səfirlik

“Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) höküməti və xalqı başqa dinlərə, əqidələrə hörmət və ehtiramla yanaşaraq  böyük bir tolerantlıq nümunəsi  nümayiş etdirir”

1news.az-ın verdiyi məlumata əsasən, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin Beynəlxalq Tolerantlıq Günü münasibətilə yaydığı açıqlamada deyilir. 

Məlumatda qeyd edilib ki, tolerantıq BƏƏ cəmiyyətində möhkəm köklərə malikdir: “Tolerantlıq  Nazirliyi öz uzaqgörən siyasətində  bəşəriyyətə xidmət edən tolerantlıq nümunələrinə  geniş yer verir.

Təsadüfü deyil ki, Şeyx Zəid ibn Sultan Ən Nahiyə  belə qeyd edir: ”Biz müsəlmanıq. Necə ola bilər ki, tolerantlığı əldə rəhbər tutmayaq?  Bu, çox qəribə olardı. Hər bir mömün rəhimli və tolerant olmalıdır”.

Şeyx Xəlifə ibn Zəid Ən Nəhyaya isə qeyd edir ki,   BƏƏ öz əlaqələrini  digər dövlətlərlə qarşılıqlı ehtiram, hörmət, qarşılıqlı əməkdaşlıq, dialoq  əsasında quraraq terrorun bütün formalarını rədd edir. Şeyx Muhəmməd ibn Raşid Əl Məktum belə buyurur:

“Bu region yalnız tolerantlığın mövcudluğu ilə digərlərinin  dini, mədəni fikirlərini qəbul etməklə çiçklənər. Şeyx Məhəmməd ibn Zəid Ən-Nəhayan BƏƏ-nin  həmişə sülhə şağırış etdiyini və xalqlar arasında tolerantlığ rəmzi olduğunu vurğulayır”.

Səfirliyin açıqlamasında BƏƏ-də tolerantlığın əsaslarını İslam, ölkənin Konstitusiyası, Şeyx Zəidin irsi ( Əxlaqi irsi), Beynəlxalq konvensiyalar, abidələr və tarix, insan fitrəti və ümumi dəyərlərin təşkil etdiyi vurğulanıb.

Qeyd edilib ki, BƏƏ dünyada tolernatlıq mədəniyyətini  yaymaq sahəsində üçüncü yerdədir.

Ölkə tolerantlığ ,dinc yanaşı yaşamaq kimi dəyərləri alqışlayaraq, zorakılığı və radikalızmi rədd edən  bir cox beynəlxalq öhdəliklərə qoşulub. BƏƏ tolerantlıq nümunəsi hesab olunur.

Burada 200-dən artıq millətin nümayəndəsi dinc və əmin - amanlıq şəraitində yaşayır. Tolerantlıq BƏƏ- inin xarici siyasətində əsas sütunlardan  biridir.

Ölkədə dövlət səviyyəsində bir sıra qanunlar qəbul edilib ki, burada da  tolerantlıq mədəniyyəti önəmli rol oynadı. BƏƏ hökuməti  tolerantlığın möhkəmlənməsi və multukulturalizmin  inkişafına böyük diqqət yetirərək  irq iayrı-seçkiliyi və nifrəti rədd edir.

Ölkə  Konstitusiyasinın 25,32,40 –ci madələri bərabərliyi, ehtiramı əsas tutur,  irqi ayrı- seçkiliyi rədd edir.

BƏƏ-in ictimai mühiti  Şeyx Zəid və  onun  əvvəlki  sülaləsinin timsalında   tolerantlıq, sülh və multukulturalizmə  böyük önəm verib.

Qeyd edək ki, YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib.

BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimai arasında müvafiq tədbirlər keçirmək tövsiyyə olunub.

1news.az

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər