Ermənistan prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Ermənistan prezidenti Serj Sarkisyan etiraf edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddaratını təyin etmə hüququ da nəzərə alınmalıdır:
“Biz istənilən dövlətin, həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyünü tanıma prinsipinə zidd deyil”.
Ermənistan prezidenti qeyd edib ki, Bakı və İrəvan münaqişənin nizamlanması ilə bağlı sənəd imzalamağa çalışıblar:
“Oradakı birinci bənddə aydın yazılmışdı ki, Dağlıq Qarabağın hüquqi statusu bu ərazidəki əhalinin azad iradəsi yolu ilə həll olunacaq (...). Bu, öz müqəddəratını təyin etmə prinsipinin təcəssümü idi”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunda Dağlıq Qarabağa ölkə daxilində xüsusi statusun verilməsini istisna etməyib. Ölkə başçısının sözlərinə görə, bu, muxtar respublika statusu da ola bilər.
Mövzu ilə əlaqədar oxuyun:
Bakı Qarabağa muxtar respublika statusunun verilməsini istisna etmir
Sarkisyan Bakı ilə İrəvan arasında Qarabağ üzrə “qaynar xətt”in yaradılmasını təklif edib
RİA Novosti