Azərbaycanla Mərakeş arasında ikitərəfli əməkdaşlığın əlverişli imkanları müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Mərakeş arasında ikitərəfli əməkdaşlığın əlverişli imkanları müzakirə olunub

17:27 - 23 / 11 / 2016
Azərbaycanla Mərakeş arasında ikitərəfli əməkdaşlığın əlverişli imkanları müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri Adil Embarkı qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Adil Embarkı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan və Mərakeş arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olundu və iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların və əhatəli müqavilə-hüquq bazasının olduğu diqqətə çatdırıldı. Ticarət əlaqələrinin genişləndirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin və biznes forumlarının keçirilməsinin vacibliyi vurğulandı.

Elmar Məmmədyarov Mərakeşin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirdi.

Səfir Adil Embark iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı.

1news.az

Paylaş:
872

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər