Avropa Məhkəməsinin qərarı Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərilə bağlı məsuliyyət daşıdığına sübutdur
Ermənistan hökuməti Dağlıq Qarabağda hərbi qulluqçu Suren Muradyanın ölüm hadisəsinin ətraflı araşdırılmaması üçün məsuliyyət daşıyır.
Bu qərarı Strasburqda cümə axşamı Avropanın İnsan Haqları Məhkəməsi (AİHM) “Muradyan Ermənistana qarşı” işi üzrə qəbul edib. Məhkəmənin qərarı AİHM-nin saytında dərc edilib.
İş üzrə iddianı mərhumun atası – 60 yaşlı Qraçya Muradyan irəli sürüb. O, qeyd edir ki, oğlunun ölümü rütbəcə böyüklər tərəfindən qədar münasibətin nəticəsidir.
Məhkəmə qeyd edib: nəzərə alsaq ki, Dağlıq Qarabağ və ona bitişik ərazilər Ermənistanın nəzarəti altındadır, Qarabağda həlak olmuş əsgər və onun ölüm faktının araşdırılması Ermənistan hökumətinin məsuliyyətindədir.
Muradyanın rəsmi ölüm səbəbi dalağının partlaması kimi göstərilir – məhkəmə bunu həqiqətə uyğun olaraq qəbul etməyib. Bundan əlavə qeyd edilir ki, məhkəmənin sərəncamında “zədənin əsgərlə rütbəcə böyüklərin qəddar münasibətindən irəli gəlməsi, lakin rəsmi araşdırılmada bu versiyaya baxılmaması” kimi lazımi sübutlar da var.
AİHM-in hökmünə görə, Avropanın İnsan Haqları Məhkəməsinin Suren Muradyanın ölümü və araşdırılması ilə bağlı maddə 2 (“Yaşamaq hüququ”) pozulub.
Başqa sözlə desək, növbəti dəfə təsdiq edilib ki, məhz Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazilərini işğal edib və Ermənistan bu faktlardan irəli gələn məsuliyyəti daşıyır.
Suren Muradyan 2001-ci ilin iyununda Ermənistan ordusunda xidmətə çağırılıb. Və işğal olunmuş Dağlıq Qarabağda hərbi hissəyə göndərilib. 2002-ci ilin iyulunda o, özünü pis hiss etməyə başlayıb: hərarəti yüksəlib, əzələlərində ağrılar olub, baş ağrıları və ürək bulanması olub.
Hərbi həkimlərin müayinəsindən sonra onun vəziyyəti pisləşməkdə davam edib və avqust ayında malyariya diaqnozu ilə xəstəxayana yatırılıb. Növbəti gün Muradyanın vəziyyəti kritik həddə çatıb: o, huşunu iturub, nəbzi hiss olunmayıb. Həkimlər onu xilas edə bilməyiblər və avqustun 4-ü saat 21.15 radələrində ölüm faktını qeyd ediblər. Həmin gün mərhumdan götürülən qan analizlərində malyariya diaqnozu aşkar edilməyib.